16 Fevral, 2011
Türkiyədən Azərbaycana geniş tərkibli hərbi missiya gələcək

Yaxın vaxtlarda Türkiyədən Azərbaycana geniş tərkibli hərbi missiyanın səfəri gözlənilir. Bu barədə APA Türkiyədəki hərbi mənbələrə istinadən məlumat verib.

Missiyanın tərkibində Türkiyə Silahlı Qüvvələrinin, Müdafiə Nazirliyinin və bu ölkənin müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin (Müdafiə Sənayesi Katibliyi, ASELSAN, ROKETSAN, Otokar və s. şirkətlərin) əməkdaşları təmsil olunacaq. Hazırda missiyanın səfər tarixi dəqiqləşdirilir. 

Azərbaycanın müxtəlif strukturlarında keçiriləcək görüşlərdə Azərbaycan və Türkiyə arasında 2010-cu ildə imzalanmış və ötən ilin dekabr ayında Azərbaycan tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin həyata keçirilmə mexanizmləri, bu sənəd çərçivəsində fəaliyyət istiqamətləri müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!