2 Noyabr, 2013
Sirli və əvəzsiz “Çəhrayı ulduz” - VİDEO

Cenevrədə dünyanın ən bahalı və ən böyük çəhrayı almazı hərraca çıxarılacaq. Noyabr ayının 13-də Sotheby’s hərrac evi “Çəhrayı ulduz” adlandırılan almazı təqdim edəcək. Çox nadir olan bu almazın çəkisi 60 karatdır. Qiyməti isə 60 milyon dollar təşkil edir. Dəyişik rənginə və qiymətinə görə bu almaz dünyanın bütün almazlarından üstündür. Hətta kral ailələrində olan almazlardan belə bahalı olan bu almazın rənginin niyə çəhrayı olduğunu ekspertlər də bilmir.  

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!