16 Fevral, 2011
Rüşvət alan və verən rüşvətin 100 qatı cərimə olunacaq...

Rusiya prezidenti Dmitri Medvedev Dövlət Dumasına korrupsiya ilə mübarizəyə dair qanun layihəsi təqdim edib.

Simsar.az xəbər portalının Kremlin saytına istinadən verdiyi məlumata görə, qanun layihəsi rüşvət aldığı sübuta yetirilmiş şəxsin aldığı rüşvətin 100 qatı mislində cərimələnməsini nəzərdə tutur. Bu, həm rüşvət alan, həm verən, həm də vasitəçilik edən şəxslərə şamil olunacaq.
Xatırladaq ki, Medvedev rüşvət alan şəxsin həmin məbləğin 100 misli həcmində cərimələnməli olduğunu 2010-cu ilin noyabrındakı çıxışı zamanı bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!