1 Noyabr, 2013
Hava limanında kokainli balqabaqlar – VIDEO

Monrealda qadın balqabaqda kokain daşıyarkən saxlanılıb. Monreal hava limanı “Halloween” bayramı günündə balqabaqların içində kokain daşıyan qadını saxlayıb. Simsar.az Agence France- Presse-ə istinadən xəbər verir ki, Kanada hava limanının işçiləri qadının daşıdığı balqabaqlara şübhə ilə yanaşıblar. Çox ağır olan balqabaqlar rentgendən keçdikdən sonra içlərində kokain paketləri aşkarlanıb. Polis tərəfindən saxlanılan Mersedes Hers Farias adlı 26 yaşlı qadın Monrealdan cənubda yerləşən Delson şəhərində yaşayır. Kanada vətəndaşı olduğu dəqiq bilinmir. Onun haqqında narkotik daşınması maddəsi ilə iş açılıb. Onu 2 illik həbs cəzası gözləyir. 
Xatırladaq ki, keçən il Böyük Britaniyada “Halloween” bayramı zamanı şəxs onun evinə şirniyyat istəməyə gələn uşaqlara kokain paketləri vermişdi. Həmin şəxs polis tərəfindən saxladılmışdı.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!