16 Fevral, 2011
Əvvəllər məhkum olunmuş qadın növbəti cinayətini törətdi

Bakıda mənzildən oğurluq edən qadın tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Simsar.az xəbər portalına verilən məlumata görə, oğurluq fevralın 10-da S.Əsgərov küçəsində yaşayan Səbinə Əliyevanın mənzilindən edilib. Naməlum şəxs açıq qapıdan evə daxil olaraq 100 manat, 50 ABŞ dolları, 10 avro və 3 ədəd moil telefon oğurlayıb. 

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nətijəsində oğurluqda şübhəli Bakı şəhər sakini Zahidə Nadirova fevralın 15-də yaxalanıb. Bu, Z.Nadirovanın ilk cinayət əməli deyil. O, əvvəllər də cinayət törətdiyinə görə məhkumluq həyatı yaşayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!