16 Fevral, 2011
Hüsnü Mübarək: “Mənə öz ölkəmdə ölməyə imkan verin”

Misir sabiq prezidenti Almaniyaya müalicəyə getmək istəmir

Misirin sabiq prezidenti Hüsnü Mübarək Şarm-əl-Şeyx şəhərindəki iqamətgahındadır və telefon zənglərinə cavab verir. Simsar.az-ın Misirin “Aş-Şark al-Ausat” qəzetinə istinadən verdiyi məlumata görə, 82 yaşlı sabiq prezident son günlər özünü pis hiss etsə də, Misiri heç bir halda tərk etmək niyyətində deyil. 

Qəzet yazır ki, Hüsnü Mübarək yaxınlarının onu müalicə üçün Almaniyaya getməsi yönündə israrlarına son qoymasını istəyib və deyib ki, mənə öz ölkəmdə ölməyə imkan verin.

Qeyd edək ki, bundan əvvəl Misir mətbuatı Hüsnü Mübarəkin artıq komaya düşdüyü barədə məlumat yaymışdılar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!