16 Fevral, 2011
İsveç SSRİ-nin dağılmasının sirrini açacaq

İsveç fevralın 17-də 991-ci ildə SSRİ-nin parçalanması ilə bağlı diplomatik sənədlər üzərindəki “məxfi” qrifini götürəcək.

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, İsveç xarici işlər naziri Karl Bildt bunu ölkəsi üçün görünməmiş addım adlandırıb. 


İsveç Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət əsasən SSRİ-nin parçalandığı dövrdə Pribaltika ölkələrində və Sankt-Peterburqda (keçmiş Leninqrad –red.) çalışmış diplomatların yazışmalarından gedir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!