16 Fevral, 2011
Ermənistan prezidenti niyə zirehli jilet geyinib tankda gəzir?

Serj Sarkisyan özünün və komandasının mühafizəsini gücləndirməkdə olsun, xalq da etiraz mitinqlərinə hazırlaşmaqda...

Ermənistanda siyasi vicvicə təhlükəli məsələdir. İllah da ki, ölkəyə rəhbərlik edən adam qəflətən hürkə və bu qəfil hürkmədən sonra hakimiyyətini itirəcəyini düşünərək xoflana. 

Simsar.Az xəbər portalı Ermənistanın "Jamanak" qəzetinə istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyan şəxsi mühafizəsini xeyli gücləndirib.
Düşmən ölkənin başçısı ətrafındakı mühafizəçilərin sayının artırmaqla kifayətlənməyərək, ailə üzvləri, nazirlər və ən başlıcası, komandasındakı əlaltılarının da cangüdənlərinin sayını artırıb.
Sərksiyanın göstərişinə görə, Ermənistanın yüksək çinli dövlət məmurları və prezidentə sadiq funksionerlər zirehli jiletlərdə gəzməlidir.
Bütün bunlar azmış kimi, bərk-bərk tapşırıb ki, məmurlar xidməti avtomobillərini yaşadıqları evlərin qarşısında yox, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyətində saxlasınlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!