31 Oktyabr, 2013
Ölüm saçan gənənin dişləməsi ilk dəfə görüntüləndi – VİDEO

Almaniya və ABŞ bioloqları gənənin dişləməsini mikroskopik şəkildə çəkiblər. Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki, İxodes ricinus cinsindən olan gənənin qurbanı yatırdılmış siçan olub. Məlum olub ki, dişləmə prosesi bir neçə etap keçir. Gənənin çənəsində olan və “helisera” adlanan iki hərəkətli buynuz əvvəlcə dəriyə bir neçə dəfə daxil olaraq orada oyuq açır. Sonra isə iki heliseranı bitişdirərək V hərfinə oxşar buynuzla dəriyə daxil olur və nizəyə oxşar hipostomu heyvanın dərisinə salır. Beləcə gənənin çənəsi ilə heyvanın dərisi arasında bir növ “qan kanalı” açılır. Onun heliserlərində çox saylı dişlər olduğundan gənə heyvanın dərisinə çox möhkəm şəkildə yapışır. Çox zaman gənəni qopartmaq istəyərkən onu başı dərinin üzərində qalır. 

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!