31 Oktyabr, 2013
Bu gün Amerikada Cadugərlər bayramıdır

Simsar.az xəbər verir ki, bu gün Amerikada Cadugərlər bayramıdır

Həmin gün milyonlarla amerikalı müxtəlif kostyumlar geyinir, uşaqlar isə "trick-or-treating" - “hədiyyə, yoxsa kələk” deyərək, qapı-qapı gəzib şirniyyat toplayır.

Cadugərlər bayramına bir həftə qalmış müxtəlif formada və ölçüdə kostyumlar mağazalarda sürətlə satılır.

Amerika dizyanerləri belə hesab edir ki, bu il kostyumların dizaynı “The Great Gatsby” filmindən və “Breaking Bad” televiziya filmindən götürülüb.

“Biz həm kişilərin, həm də qadınların filmlərdəki kostyumların dizaynlarına daha çox maraq göstərdiklərini görürük”.

Şahzadə, müğənni və ölü kostyumları da populyardır. Bu bayramda aksesuarlar da çox yaxşı satılacağı gözlənilir.

Bu il amerikalıların Hallovin kostyumlarına 2.6 milyard dollar xərcləyəcəyi gözlənilir.

Ölkənin heyvan yemi mağazalarında da bayram alveri yaxşı gedir. Amerikalıların bu bayram ev heyvanları üçün 300 milyon dollardan çox pul xərcləyəcəkləri gözlənilir.

Aynur

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!