16 Fevral, 2011
Əli Həsənov: "Həqiqi mədəniyyətlə mədəniyyət adına təqdim olunanların sədləri itib"

“Mədəniyyət millətin vizit kartıdır” SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, əgər bir millətin mədəniyyəti yoxdursa, o xalq bu və ya digər proseslərin təsiri altında məhv olmağa məhkumdur: “Təəssüflər olsun ki, son zamanlar bazar iqtisadiyyatı mühitinin efir məkanına daxil olması həqiqi Azərbaycan mədəniyyəti ilə mədəniyyət adına təqdim olunanları biri-birindən ayıran sədləri itirib. Sözün əsl mənasında mədəniyyətimizin adı altında aparılan təbliğat müəyyən mənada bəzi dövlət strukturlarının günahı üzündən tarix boyu mədəniyyət xadimlərimizin bizim üçün qoyub getdiyi mədəniyyət salnaməsini az qala yeni mədəniyyətə ləkə gətirən nümunələrlə qarışdıraraq onların saflığına ciddi təsir göstəribdir”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət səviyyəsində mədəniyyət nümunələrinin qorunub saxlanılması və gələcək nəslə çatdırılması siyasəti həyata keçirlir: “Bu siyasətin əsasını qoyan ümumilli lider Heydər Əliyev ürək ağrısı ilə söyləyirdi ki, millətin mədəniyyətini qorumaq onun təkcə mədəniyyət işçilərinin, ziyalıların işi deyil, eyni zmanda dövləti rəsmlərinin, bütün dövlət strukturlarının vəzifəsidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!