16 Fevral, 2011
Gürcüstan Rusiyanı düşmən saymayacaq

Gürcüstanın yeni təhlükəsizlik konsepsiyasında Rusiya Gürcüstanın düşməni kimi göstərilməyəcək.

Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. "Ümumilikdə təhlükəsizlik konsepsiyası hez vaxt konkret dövləti düşmən kimi müəyyən etmir. Konsepsiyada ölkənin qlobal təhlükədən necə və hansı strategiya ilə xilas olmaq yollarını müəyyən edilir,"- nazir müavini jurnalistlərə deyib.

Nazir müavinin qiymətinə görə, yeni konsepsiyanın birinci variantında "adekvat nəzəri təhlükə" əks etdirilir. "Bu layihədə bizim ölkə qarşısında adekvat təhlükə və bu təhlükədən müdafiə olunmaq planı və konkret addımlar göstərilib."

Xatırladaq ki, Gürcüstan Təhlükəsizlik Şurası yeni təhlükəsizlik konsepsiyası işləyib-hazırlayır. Bu layihənin müzakirəsində parlament və hökumət nümayəndələri iştirak edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!