29 Oktyabr, 2013
“İtmiş dünya”dan - FOTOLAR

Avstraliyalı zooloqlar qitənin uzaq dağlıq ərazilərinə ekspedisiya zamanı əvvəllər məlum olmayan növlər aşkarlayıb.

Söhbət qurbağa, kərtənkələ və gekkondan gedir. Daha dəqiq desək onların bir növündən. Simsar.az Phys.org-a istinadən xəbər verir ki, alimlər daha öncə məlum olmayan növlərin bundan da çox olduğunu deyiblər. Keyp-Melvil parkında aşkarlanan üç növ burada olan daşların və böyük qayaların arasında tapılıb. Saltuarius eximius adlandırılan gekkon 11 sm uzunluğundadır. Onun rəngi daşların arasında gizlənmək üçün uyğundur. Tapılan kərtənkələyə Saproscincus saltus adı qurbağaya isə Cophixalus petrophilus adı verilib.
Həmin ərazi tam araşdırılmadığından orada yeni növlərin aşkarlanacağı istisna olunmur.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!