29 Oktyabr, 2013
"IOS 7" səhv etdi

Simsar.az Appleİnsider-a istinadən xəbər verir ki, qış vaxtına keçən ölkələrdə İOS 7 istifadəçiləri saatlarda bağlı səhvdən şikayət ediblər. “Kalendar” proqramında indiki vaxtı göstərən qırmızı xətt bir saat qabağı göstərir. Yəni əgər saat 12:15-dirsə qırmızı xətt 13:15-i göstərir. Lakin Apple-ın başqa proqramları düzgün vaxtı göstərir. Məsələn İOS-da olan “Saat” düzgün vaxtı göstərir. Apple “Kalendar” proqramında olan problem haqqında hələ ki heçnə demir. Qeyd edək ki, İOS cihazlarında qış(yay) vaxtına keçid avtomatik olur. Amma bunnan öncə də İOS cihazlarında vaxtla bağlı problemlər yaşanıb. 


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!