28 Oktyabr, 2013
Ördəklərin mağazaya hücumu – VİDEO

Simsar.az Metro-ya istinadən xəbər verir ki, Nyu York ştatının Saratoqa-Sprinqs şəhərində mağazaya girən ördəklər hamını heyrətə salıblar. 50 ördəkdən ibarət olan ördək dəstəsi mağazaya daxil olub. Avtomatik qapılardan rahatlıqla keçən ördəklər mağazada gəzişməyə başlayıblar. Mağaza işçiləri onları çıxartmağa çalışsa da, əvvəl heç nə alınmayıb. Sonra onları popkornun köməkliyi ilə çıxartmaq mümkün olub. Hadisə nəticəsində nə mağaza, nə orada olan insanlar, nə də ki ördəklər zərər çəkməyib.


Mələk Abbaszadə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!