28 Oktyabr, 2013
Dünyanın ən nəhəng adamı evləndi – VİDEO

Simsar.az hurriyet.com-a istinadən xəbər verir ki, dünyanın ən ucaboy adamı Sultan Kösan evləndi. Türkiyənin Mardin şəhərindən olan Kösanın boyu 2 metr 51 sm təşkil edir. Beş ildir ki kösan Ginnesin rekordlar kitabına dünyanın ən hündür insanı kimi düşüb və rekordunu qoruyub saxlayıb. Mova Park şadlıq sarayında keçirilən toy mərasimində həm yerli, həmdə xarici jurnalistlər olub. Həmçinin Ginnesin rekordlar kitabının üzvləri də olub. 

Sultan Kösanın evləndiyi xanım isə əslən Suriyalı Mərvə Dibo adlı xanımdır. Həmçinin o ən böyük əlləri və ən böyük ayaqları olan insan adını da qazanıb. “ Həyatımın eşqi” adlandırdığı Mərvə ilə evləndiyindən çox xoşbəxt olduğunu bildirən nəhəng, bu günün onun həyatında ən gözəl gün olduğunu deyib.


Mələk Abbaszadə




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!