16 Fevral, 2011
Hindistan-Banqladeş sərhədinə tikanlı məftil çəkilir

Evləri Banqladeş tərəfdə qalan hindlilər üsyan edir.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki, Hindistan-Banqladeş sərhədinə tikanlı məftil çəkilir. Bu səbəbdən yalnız Tipura əyalətində 8500 ailənin torpaqları, evləri və məscidləri Banqladeş tərəfində qalıb.

Şimaldakı Tripura əyalətində torpaqları olan yüzlərlə hindli iki həftədir aclıq aksiyası və nümayişlər keçirir. Aqartala şəhərində keçirilən nümayişdə yüzlərlə insan əyalət hökumətindən onlara yaşayacaq yer göstərilməsini tələb ediblər. Nümayişçilər günlərdir davam edən aksiyalardan nəticə çıxamayacağı təqdirdə üsyan başladacaqlarını bildiriblər.

Tripura əyalətinin Banqladeşlə sərhəddi 856 kilometrdir. Tripura əyalət hökuməti sərhəddə qanunsuz köçlərin və qaçaqmalçılığın qarşısını almaq üçün sərhədin 657 kilometrlik hissəsinə tikanlı məftil çəkmək qərarına gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!