16 Fevral, 2011
Sudanda kütləvi qətliam

Üsyançı hərbçilər 200-dən çox mülki vətəndaşı öldürüb.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki, Sudanın cənubunda son bir həftədə yaraqlıların həyata keçirdiyi hücumlarda 200-dən çox mülki vətəndaş həlak olub. Hücumlar ölkənin cənubundakı neft zəngini Cunqli əyalətində baş verib. Sudan ordusu keçmiş bir generala bağlı üsyançıların mülki şəxsləri hədəfə aldığını bildirib.

Bölgəni ziyarət edən Cənubi Sudan rəsmiləri mülki vətəndaşların bir çayda toplanaraq kütləvi şəkildə öldürüldüklərini bildiriblər. Toplanan cəsədlər toplu məzarlarda dəfn edilib. Cənubi sudanlılar Xartum hökumətini üsyançı generala vertolyotlarla pul və silah göndərməkdə ittiham edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!