16 Fevral, 2011
Prezident İlham Əliyev Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzalayıb.

Biometrik informasiya texnologiyaları əsasında Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin və tədbirlərin icrasını təmin etmək məqsədi ilə imzalanmış sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.

Müəyyən edilsin ki, sərəncamda göstərilən elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilər yerləşdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!