25 Oktyabr, 2013
Peruda mumiyalar tapılıb - VİDEO

Perunun paytaxtı Limada arxeoloqlar iki ədəd mumiya aşkarlayıblar.

Simsar.az BBC-yə istinadən xəbər verir ki, mumiyaların yaşı 1000-dən çoxdur. Uşağa və böyük adama aid mumiyalar Uaka Puklana adlı qədim kompleksin qazıntıları zamanı aşkarlanıb. Ekspertlər hesab edir ki, mumiyalar çox yaxşı vəziyyətdədirlər. Arxeoloqlar onu da qeyd ediblər ki, başqa tapıntılardan fərqli olaraq bu mumiyaların qəbri talan edilməyib. Alimlər hesab edirlər ki, tapıntı Uari mədəniyyətinə aiddir. 


Mələk Abbaszadə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!