25 Oktyabr, 2013
Dünyanın ən nəhəng iti öldü - FOTO

ABŞ-ın Arizona ştatının Tuson şəhərində dünyanın ən böyük itlərindən biri ölüb.

Simsar.az The Daily Telegraph-a istinadən xəbər verir ki, alman doqu cinsinə aid Nəhəng Corc adlı it 7 yaşında ölüb. İtin ölüm səbəbləri bilinmir. Nəhəng Corc 2010-cu ildə dünyanın ən yekə iti adı ilə Ginnesin rekordlar kitabına düşüb. İtin hündurlüyü 110 sm, çəkisi isə 111 kq təşkil edirdi. Hazırda dünyanın ən yekə iti adının sahibi Miçiqan ştatında yaşayan Zevs adlı itdir. 2008-ci ildə doğulan Zevsin boyu hazırda 111 sm təşkil edir. 


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!