15 Fevral, 2011
Berluskonini məhkəmə gözləyir

Baş nazirin haqqında cinayət işi başlanacaq.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki, İtaliyanın baş naziri Silvio Berluskoniyə məhkəmə yolu açılıb.

Prokuror Kristina Di Censo baş nazir haqqında 18 yaşı tamam olmamış şəxslə intim əlaqədə olmaq və bunu gizləməyə təşəbbüs göstərmək ittihamları ilə cinayət işi başlanacağını bildirib. Berluskoninin mühakiməsi aprelin 6-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!