15 Fevral, 2011
Pentaqon Əfqanıstan müharibəsinə sutkada 300 milyon dollar xərcləyir

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Birləşmiş Ştatlara sutkada təxminən 300 milyon dollara qənaət etmək imkanı verəcək.

Simsar.az xəbər portalının Amerika mətbuatına istinadən verdiyi məlumata görə, 2001-ci ildən başlamış müharibə Pentaqona məhz bu qiymətə başa gəlir.

Qeyd edək ki, 2012-ci ildə ABŞ ölkədən kənarda hərbi əməliyyata xərclənəcək məbləği 41,5 milyard dollar azaldaraq, 117,8 milyard edəcək. Bunun 79,2 milyardı əməliyyatlara, 10,1 milyardı partlayıcıların zərərsizləşdirilməsinə, 11,9 milyardı sıradan çıxmış silahların bərpası və əvəzlənməsinə, 12,8 milyardı Əfqanıstan ordusu və polisinin təlimlərinə xərclənəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!