15 Fevral, 2011
Ermənistan ATƏT rəhbərliyinə türk namizədi dəstəkləməyəcəyini rəsmən açıqladı

Ermənistan ATƏT-in baş katibi postuna türk namizədi dəstəkləməyəcək.

Simsar.az xəbər portalının «Novosti-Armeniya»ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Tiqran Balayan bildirib.

Xatırladaq ki, ATƏT-in ötən ilin dekabrında Astanada keçirilmiş sammitində Türkiyə prezidenti Abdullah Gül qurumun baş katibi postuna namizəd irəli sürdüklərini bildirmişdi.

«Ermənistan Türkiyənin namizədini dəstəkləməyəcəyini rəsmən elan edir», - deyə Balayan bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!