15 Fevral, 2011
Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi

Metroya girən hər bir sərnişin ciddi şəkildə yoxlanılır.

ABŞ Departamentinin Azərbaycanda terror təhlükəsi ilə bağlı təkrar xəbərdarlığından sonra Bakı metropolitenində təhlükəsizlik tədbirləri gücləndirilib. Milli.Az xəbər portalının məlumatına görə, metroya girən sərnişinlər təkbətək yoxlanılır. Bu səbəbdən stansiyaların girişində və içərisində növbələr yaranıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendən Polis Şöbəsindən Simsar.az xəbər portalına fakt təsdiq edildi və bildirildi ki, bununla bağlı göstəriş verilib, bütün şəxsi heyət təlimatlandırılıb. Şöbədən o da bildirildi ki, bu məqsədlə bütün rəhbərlik ərazidə iş başındadır.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az xəbər portalına açıqlamasında dedi ki, DİN üzərinə düşən işin öhdəsindən gəlir, ölkədə kriminogen durum nəzarətdədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!