24 Oktyabr, 2013
Rusiya polisi ekstrasensləri həbs etdi – VİDEO

.

Fırıldaqçılar çağırış mərkəzi açaraq sehirli mərasimlərlə insanların problemlərini “həll etmək” istəyiblər. Onlar 400-dən çox insanı aldadıblar. Bütün sehirli mərasimlər uzaqdan aparılırdı. Belə ki, çağırış mərkəzinə müraciət edən şəxs öz problemini telefonla izah etmək məcburiyyətindədir. Onlar telefonla həm cadunu aradan qaldırırdılar, həm keçmiş sevgililəri qaytarırdılar. Fırıldaqçılar yalnız nağdsız ödəniş qəbul edirdilər. Müraciət edən şəxs qurbana çevrildikdə ondan pul çəkməklə məşğul olurdular. Rusiyanın İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri İrina Volk deyib: “Ödəniş olduqdan sonra ekstrasens güya ki, seansa başlayırdı. Sonra o müştəriyə deyirdi ki, problemi həll etmək üçün bir neçə seans lazımdır. Müştəri inandığından bir neçə seansın pulunu əvvəldən ödəyirdi”. Əməliyyat nəticəsində dəstənin 11 üzvü həbs olunub. Onların arasında qanunsuz biznesin təşkilatçısı da var.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!