15 Fevral, 2011
«Şeytanın vəkili» həbs olundu

İspaniyanın Malyorka adasında italiyalı vəkil Covanni di Stefano həbs edilib.

Simsar.az xəbər portalının «Associated Press»ə istinadən verdiyi məlumata görə, səs-küylü proseslərdə iştirakına görə «şeytanın vəkili» ləqəbini almış Stefanonun hansı səbəbdən saxlanıldığı bilinmir. Bəzi məlumatlara görə, onun həbsinə Britaniyada order verilib və vəkil dələduzluqda günahlandırılır.

Qeyd edək ki, di Stefano vaxtilə İraqın sabiq lideri Səddam Hüseynin, onun yaxın silahdaşı Tarik Əzizin, həmçinin Səddamın yaxın qohumu Əli Həsən əl-Məcidin (Kimya Əli) vəkili olub. O, Yuqoslaviyanın sabiq lideri Slobodan Miloşeviçə də vəkillik edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!