24 Oktyabr, 2013
Qızıl tualet kağızı

ю

Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Avstraliyanın “Toilet Paper Man” şirkəti 22 karatlıq qızıl tualet kağızı istehsal edib. İnternetdən 1 milyon 376 min 900 dollara satılan tualet kağızını satın alan müştərilərə, ayrıca firma tərəfindən bir şüşə də şampan hədiyyə edilir. Şirkət səlahiyyətliləri qızıldan hazırlanan, tualet kağızı haqqında bunu dedi: "Dubayda demək olar, bütün otellərdə qızıl unitaz var, biz də tualet kağızını edək deyə düşündük". 3 mərtəbəli rulonun istehsalı 4 il çəkib.

Turanə İbrahimi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!