15 Fevral, 2011
Ruslar yapon balıqçı gəmisini atəşə tutdular

Bu gün Rusiya sərhədçiləri Xabomai adası sahillərində yapon balıqçı gəmisini işıqlandırıcı güllələrlə atəşə tutub.

Bu barədə “Kiodo” agentliyi məlumat yayıb. “Kiodo” agentliyi yazıb ki, böyük ehtimalla, balıqçı gəmisi Rusiyanın sərhəd sularına daxil olub. Balıqçı gəmisi Yaponiya limanına qayıtdıqdan sonra Xokkayda adasındakı Nemur şəhərinin Dəniz Təhlükəsizliyi İdarəsi araşdırmaya başlayıb. 

Dəniz Təhlükəsizliyi İdarəsi məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!