15 Fevral, 2011
“Rəqsanənin vəziyyəti o qədər də yaxşı deyil”

Bir müddət əvvəl xərçəng xəstəliyi şübhəsi ilə ölkə xaricinə gedən müğənni Rəqsanə hələ də Dubaydadır.

O, müayinə və əməliyyat olunmaq üçün getdiyi Dubaydan qayıtmayıb. Bu barədə Simsar.az-a müğənninin prodüseri Təranə Səmədova məlumat verib. Təranə Səmədova internet kamera vasitəsi ilə müğənni ilə əlaqə saxladığını, Rəqsanənin vəziyyətinin yaxşı olmadığını deyib: “Rəqsanənin vəziyyəti o qədər də yaxşı deyil. Bakıdan gedəndən bir az da arıqlayıb.”


Qeyd edək ki, müayinə nəticəsində müğənninin xərçəng olmadığı müəyyənləşib. Rəqsanənin Dubayda müayinə olunduğu “İranian hospital” klinikasından onun başında hər hansı şiş aşkarlanmadığını bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!