23 Oktyabr, 2013
Boks amerikalını köpək balığından qurtardı

.

Sakit okeanda yerləşən Havay adalarında amerika vətəndaşı köpək balığının hücumuna məruz qalıb. Simsar.az The Garden İsland qəzetinə istinadən xəbər verir ki, Cef Horton adlı sörfer Kauayi adası yaxınlığında öz dostları ilə birlikdə dalğa gözləyirmiş. Verdiyi müsahibədə o deyib: “Mən öz sörf taxtamda sakitcə oturmuşdum. Dalğanın gəlməsini gözləyirdim. Birdən köpək balığının mənim üzərimə gəldiyini gördüm. Mən hücumdan öncə özümü topladım. Bir əlimlə onun üzgəcindən tutdum, digər əlimlə onu yumruqlamağa başladım. Onun gözlərinə vurmağa çalışırdım. Zərbələrdən biri onun gözünə dəydi. Zərbədən sonra o getdi. Mənim bəxtim həqiqi mənada gətirdi”. 
Horton onu da qeyd edib ki, onun həyatının boksla məşğul olması xilas edib və hadisədən bir neçə saat sonra o yenə də sörfinqlə məşğul olub. Amma bu dəfə o okeanın başqa bölgəsinə gedib.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!