15 Fevral, 2011
Nazirlik işçilərini cəzalandıracağını bildirdi 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılması məqsədilə bu gün Yevlax şəhərində nazirliyin 10 rayon (Bərdə, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Goranboy, Ağdaş, Göyçay, Zərdab, Ucar) üzrə yerli strukturlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, müşavirədə vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar diqqətə çatdırılıb. Bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir. Nazirlik tərəfindən vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə daim diqqət və nəzarət göstərilir, fəaliyyətində nöqsanlara yol verən əməkdaşlar haqqında ciddi tədbirlər görülür. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyi, əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən əməkdaşların qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt cəzalandırılacağı bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!