22 Oktyabr, 2013
İnstagram Windows Phone-da da işləyəcək

.

Foto xidməti olan İnstagram Windows Phone smartfonlarında da işləyəcək. Simsar.az The Verge-ə istinadən xəbər verir ki, bu barədə Nokia World-ın təqdimatı zamanı Nokia şirkətinin başçısı Stiven İlop danışıb. Məlumatı İnstagram-ın rəhbəri Kevin Sistrom da təstiqləyib. 

Qeyd edək ki, İnstagram proqramı 2010-cu ildən bəri fəaliyyət göstərir. Proqramdan 150 milyondan çox insan istifadə edir. Əvvəllər proqrama yalnız şəkil yükləmək olurdusa indi video da yükləmək olur. Bundan əvvəl İnstagram yalnız İOS-da işləyirdi. 2012-ci ildə proqram Android sistemində də işləməyə başladı və istifadəçilərin sayı qat-qat artdı.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!