15 Fevral, 2011
Azay Quliyev məsləhət xidməti yaratdı 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq, QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən (Bakı şəhərində, Şuranın ofisində: F. Əmirov küç.1, 2-ci mərtəbə) iş günlərində məsləhət xidməti təşkil edilib.

Şuranın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, QHT-lər lazımi məsləhətlər almaq üçün bu xidməti həyata keçirən Şura əməkdaşlarına qəbul qrafikində göstərilmiş günlərdə müraciət edə bilərlər.

Məsləhət təlimləri region QHT-ləri üçün də təşkil edilir. Tədbirlər Azərbaycan Milli QHT Forumunun Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs Mərkəzləri (RQRTM) vasitəsilə həyata keçirilir. 

Təlimlər Şuranın mütəxəssisləri tərəfindən 15-16; 22-23 fevral, 2-3; 10-11 və 16-17 mart tarixlərində RQRTM-lərin ofislərində keçiriləcəkdir. Şuranın əməkdaşları tədbirlər keçirilən günlərdə QHT-lərə məsləhət xidməti də göstərəcəklər.

Xatırladırıq ki, QHT-lər illik maliyyə hesabatını Maliyyə Nazirliyinə 01 aprel 2011-ci ilədək təqdim etməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!