15 Fevral, 2011
İnqilab seli İrana gəldi

1500 nəfər həbs edildi

Fevralın 14-də İranda keçirilən etiraz aksiyaları ilə bağlı müxalifətin 1500-dən çox nümayəndəsi həbs edilib. 
Simsar.az-ın məlumatına həbs olunanların böyük əksəriyyəti Evin həbsxanasına aparılıblar. Bu həbslərə baxmayaraq “Yaşıl hərəkatçı”lar bildirib ki, bundan sonra da aksiyaları davam etdirəcəklər. Onlar “Facebook” vasitə ilə fikirlərini yayacaq və növbəti aksiyanın vaxtını da “Facebook”la elan edəcəklər.

Bu gün həmçinin, İran parlamentində gərgin müzakirələr keçib. Parlamentin 223 deputatı birgə bəyanatla çıxış ediblər. Bəyanatda “Yaşıl hərəkat”, Musəvi və Kərrubinin əleyhinə kəskin fikirlər səsləndiriblər. 

Onlar həmçinin iclasda “Haşimi, Haşimi” şarları səsləndiriblər. Deputatlar Haşimi Rəfsəncaninin ölkədə yaranmış qarşıdurmanı sakitləşdirə biləcəyini vurğulayıblar. 

22 gündən sonra İranda Xübrələr Məclisinin Rəyasət Heyətinə seçkilər keçiriləcək. Hazırda həmin Məclisin sədri Haşimi Rəfsəncanidir və sağ radikallar onun həmin vəzifədən getməsini istəyirlər. Əgər Rəfsəncani yenə də həmin qurumun rəhbəri olaraq qalsa, bu ondan xəbər verir ki, İranda gedən siyasi proseslər orta sağların və orta islahatçıların xeyrinə olacaq. Və sağ radikallar zəifləyəcək ki, onun da başında Mahmud Əhmədinejad durur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!