15 Fevral, 2011
Universitet yataqxanasında partlayış oldu

Gəncə Dövlət Universitetinin yataqxanasında partlayış olub.

Simsar.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə fevralın 14-də saat 10:30 radələrində yataqxanada yaşayan Ağdam rayon sakini Arzu Hacıyevanın otağında meydana gəlib. Nəticədə otağın qapısı və pəncərə şüşələri sınıb, xəsarət alan olmayıb. 
Partlayışa qaz sızması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!