15 Fevral, 2011
Şəkidə Kiş çayı üzərindəki körpü uçdu

Körpünün üzərində olan maşınlar çaya düşüb...

Şəki rayonunda Kiş çayı üzərindəki körpü uçub. Körpünün uçması nəticəsində üzərindən keçən maşınlar çaya düşüb. 

Kiş kənd icra nümayəndəsi Mürvət Yusifov Milli.Az xəbər portalına bildirdi ki, bu gün saat 15:00 radələrində kəndə gedən, uzunluğu 40 metr olan metal konstruksiyalı körpü üzərindən keçən “KamAZ”ın ağırlığına tab gətirməyərək uçub. “KamAZ” içərisindəki 1000 ədəd tikinti daşı ilə birlkidə çaya yuvarlanıb. Arxadan sürətlə gələn “VAZ-2106” markalı avtomobil də çaya düşüb.

Qəza zamanı xəsarət alan olmayıb. Maşınlara ciddi ziyan dəyib. Kəndə gediş-gəliş dayanıb. Hadisə yerinə gələn yol mütəxəssisləri problemin aradan qaldırılması istiqamətində işlər aparır.

Şəki Şəhər İcra Hakimiyyətindən Milli.Az xəbər portalına bildirildi ki, rayon rəhbərliyi hadisə yerindədir. Kəndlə əlaqənin bərpa edilməsi istiqamətində işlər aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!