21 Oktyabr, 2013
Yaponların yeni bələdçisi - İNFORMASİYA EYNƏYİ

Ş

Simsar.az xəbər verir ki, Tokio şəhərində xarici turistləri Yaponiya paytaxtının görməli yerləri ilə tanış etmək üçün bələdçi rolunu oynayacaq xüsusi informasiya eynəyini sınaqdan keçirir. Bu barədə yerli KİV məlumat verib.

Qurğu hazırlanma mərhələsində olsa da, Tokionun Minato rayonunun aşağı sinif məktəblərinin şagirdləri onu yoxlamaq imkanından yararlanıblar. Eynəyin şüşəsində əsas görməli yerlər, o cümlədən məşhur Tokio qülləsi və buddizm məbədi Dzodzedzi, eləcə də ora necə gedib çatma haqqında informasiya göstərilir. Tokio hakimiyyət nümayəndələri əminliklə qeyd edirlər ki, eynək Tokio küçələrində istiqaməti müəyyən etməkdə çətinliklərlə üzləşən xarici turistlər üçün faydalı olacaq.

“Biz ümid edirik ki, eynək-bələdçi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək hazır olacaq”, - rayon administrasiyasının nümayəndəsi Takaxiro Sasaki qeyd edib.

Qeyd edək ki, adi eynək formasında olan kompüterlərin yaxın vaxtlarda ən populyar mobil qurğulardan biri olacağı gözlənilir. Belə ki, “IHS Inc.” ABŞ şirkətinin proqnozuna əsasən, artıq 3 ildən sonra dünyada bu eynək sahiblərinin sayı 10 milyon nəfəri ötəcək.

Aynur Bayramova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!