21 Oktyabr, 2013
Xəstə qızı üçün 16 kq arıqladı - FOTO

ş

Diabetlə bağlı böyrək çatışmamazlığı olan 38 yaşlı Fatma Sıvış 18 ildir ki, diabet xəstəliyindən müalicə alır. Böyrək nəqlinə ehtiyacı olan Fatmaya anası Xədicə Gündoğmuş donor olmaq istəyib. Lakin artıq çəki səbəbindən həkimlər ananı nəqlə uyğun bilməyiblər. Simsar.az Hürriyet.com saytına istinadən xəbər verir ki, 6 ay müddətində 16.5 kq çəki itirən Xədicə böyrəyini qızına verib. Şəhər xəstəxanasında əməliyyat olunan Sıvışa anasının böyrəyi nəql olunub.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!