15 Fevral, 2011
Azərbaycanda dövlət çevrilişində iştirak edən şəxs Rusiyada gizlənir

Bakı şəhərində daha bir yolötürücü qovşaq olacaq.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Milli.Az xəbər portalına verdiyi məlumata görə, 3-cü mirkrorayon bazarının yaxınlığında yeni yol ötürücü qovşaq tikilir. Onun sözlərinə görə, bu, Bakının yol-nəqliyyat kompleksinin əsaslı şəkildə yenilənməsi, tıxac probleminin aradan qaldırılması üçün hərtərəfli tədbirlərin reallaşdırılması istiqamətində görülən işlərdən biridir. 

N.Həsənov qeyd etdi ki, yeni tikilən kompleks yeraltı və yerüstü olmaqla müxtəlif səviyyəli yolları birləşdirən qovşaq olacaq. Həmin ərazidə Salamzadə küçəsi, Ziya Bünyadov prospekti, "20 Yanvar" metrosu və mikrorayonlar istiqamətində yolları var ki, günün pik saatlarda orada avtomobillərin hərəkəti mümkünsüz olur. Yeni tikiləcək yol qovşağı bütün istiqamətlərə avtomobillərin hərəkətini tənzimləyəcək.
Onu da əlavə edək ki, tikinti işləri “Körpü-Bina-Tikinti” şirkəti tərəfindən həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!