19 Oktyabr, 2013
Polis damdabaca “tutdu”

Novosibirskin Maslyaninsk rayonunun polis bölməsinə qəribə bir müraciət olub.

Polis bölməsinə zəng vuran Böyük Vətən müharibəsinin veteranı deyib ki, onu damdabaca narahat edir. Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki, İvan Şmidt adlı polis hadisə haqda ətraflı danışıb. Veteran onu narahat edən damdabacanı qovmasını istəyib. Polis veterana kömək etmək istəyib. O, öz həmkarları ilə təqaüdçünün evinə gələrək “kiçik bir səhnə oynayıb”.

Polis verdiyi müsahibədə deyib: “Mən bir şüşə banka götürdüm və onu pişiyin girib-çıxdığı deşiyin yaxınlığında qoydum. Veterandan xahiş etdim ki bankaya dəyməsin. Sabahsı gün təqaüdçü mənə dedi ki, onu heç kim narahat etməyib. Mən onu inandırdım ki, damdabaca bankanın içinə düşüb və onu özümlə apardım”.

Qeyd edək ki, İvan Şmidt artıq səkkiz ildir ki, polis işləyir. Onun 20-dən çox medal və nişanları var. Ona öz təşəkkürünü şəxsən Daxili İşlər naziri bildirib. Polis bildirb ki, o həmişə öz həmkəndlilərinə kömək etməyə hazırdır.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!