18 Oktyabr, 2013
Qaymaqdan zinət əşyası çıxdı

Rusiyanın Şerementyevo hava limanında Rusiya vətəndaşı olan qadın saxlanılıb.

Onun baqajını yoxlayan zaman gömrük işçiləri zinət əşyaları və saat aşkarlayıblar. Maraqlısı odur ki, zinət əşyaları qida qablarında gizlədilib. Qadın əşyaları özü üçün aldığını deyib və onların 30.000 dollar dəyəri olduğunu bildirib. Lakin əşyaların qiymətini təsdiqləyən sənədi təqdim edə bilməyib. Zinət əşyalarının qiymətini ekspertlər müəyyənləşdirəcək. 1966-cı il təvəllüdlü qadın Nyu York- Moskva reysi ilə vətənə qayıdan zaman hava limanında saxlanılıb. Şerementyevo Hava Limanının ictimaiyyətlə əlaqələr üzrə baş gömrük inspektoru Tatyana Sokolova bildirib ki, baqaj rentgendən keçirildikdən sonra qəhvənin, qaymağın, bişmiş toyuğun və badımcanların içindən 10 ədəd zinət əşyası çıxardılıb. 


Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!