18 Oktyabr, 2013
Qar adamının sirri açılır - VİDEO

Qar adamının sirri DNT-si vasitəsilə açılacaq?

Genetiklər hesab edirlər ki, qar adamı, saskeçi ilə qütb ayısı arasında genetik oxşarlıq var. Amma bəzi alimlər bu fikirlə razı deyillər. 

Əsrlərlə Himalay dağlarının “qar adamı” , amerikanın “yeti”-si, “saskeçi” haqda əfsanələr gəzib. Dağçılıqla məşğul olanlar dəfələrlə bu məxluqla qarşılaşdıqlarını deyiblər. İnsanlar məxluqun şəkillərini hətta videolarını belə təqdim ediblər. Amma heç kəs bu məxluqun nə olduğunu bilməyib. Simsar.az Guardian agentliyinə istinadən xəbər verir ki, bu gün xəbər saytları məxluq haqda yeni xəbərlər yayıb. Oksford Universitetinin genetik alimi Brayan Sayks tapılmış “yeti” nümunələrinin DNT testini keçirib və onun heyvana aid olduğunu deyib. Lakin Sayks onu da qeyd edib ki, tapılan nümunənin “yetiyə” aid olub-olmamasını əminliklə demək olmaz. Yeti, qar adamı, saskeçi adlanan məxluqlar insanlardan uzaqda öz həyatlarını sürən və insanlara naməlum olan bir sirrdir. “Mən araşdırmamı davam etdirəcəm. Muzeylərdən nümunələr tapacam. Nümunələrin daha dəqiq analizini aparacam ki, sirri açım”-deyən Sayks yeni testlərin aparılacağınıda qeyd edib.


Mələk Abbaszadə




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!