15 Fevral, 2011
“Bakı” Jaba ilə Roşanı əfv edir

“Bakı” klubu baş məşqçi Aleksandr Starkovun istəyilə əvəzedici komandaya göndərdiyi Jaba ilə Leonardo Roşanı əfv edə bilər.

Bu haqda Simsar.az-a komandanın məşqçisi Novruz Əzimov məlumat verib. 

Əzimovun sözlərinə görə, “Bakı”nın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısına gecikdikləri üçün əsas komandadan kənarlaşdırılan braziliyalı legionerlər üzr istəyərək, bağışlanmalarını xahiş ediblər. Məsələyə bu gün komandadaxili toplantıda baxılacaq.

51 yaşlı mütəxəssis bir müddət öncə hərbi xidmətə aparılmış hücumçu Bəxtiyar Soltanovla müdafiəçi Emin Cəfərquliyevin artıq “Bakı”da olduqlarını da əlavə edib. Onun sözlərinə görə, Vinfrid Şeferin baş məşqçiliyi dövründə Roşa ilə dalaşdığı üçün əvəzedici heyətə göndərilən Soltanov artıq əsas heyətlə məşq edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!