17 Oktyabr, 2013
Sualtı internet yaradılır

.

Simsar.az BBC-yə istinadən xəbər verir ki, dərin dənizaltı internetin yaradılmasına start verilib. Artıq sualtı “wi-fi” sınaqdan keçirilir. Nyu York şəhərinin Buffalo Universiteti komandası hesab edir ki, bu cür vasitələrin köməkliyi ilə sunamilər haqda xəbərdarlıq etmək mümkün olacaq. Normal “wi-fi” vasitələri radio dalğalarının köməkliyi ilə işləyirsə, sualtı “wi-fi” səs dalğaları ilə işləyəcək.

Qeyd edək ki, sualtı rabitə effektli hesab edilir, lakin problem ondadır ki, müxtəlif təşkilatlar ayrı-ayrı rabitə sistemlərindən istifadə edir. Məsələn: ABŞ Milli Okean və Atmosfer Administrasiyası sunami haqda məlumat almaq üçün akustik dalğalardan istifadə edir. Bu bir qədər çətinlik yaradır.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!