15 Fevral, 2011
Avtobus atəşə tutulub: 18 ölü

Meksikada naməlum şəxs sərnişin avtobusunu atəşə tutub.

Simsar.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Tamaulipas ştatında baş verən olayda 18 nəfər həyatını itirib.

Öldürülənlərin 3-ü uşaqdır. Hüquq-mühafizə orqanları hesab edirlər ki, cinayəti yerli narkomafiyalar törədib. Narkomafiyalar hökumətin əmri ilə onları zərərsizləşdirməyə çalışan hərbçilərin diqqətini yayındırmaq istəyirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!