12 Oktyabr, 2013
Moskva çayındakı “ağ ayı” görənləri heyrətləndirdi – VİDEO

Xilasedicilər “ayı”nı saxlayıblar

Simsar.az Life News-a istinadən xəbər verir ki, ağ ayı paltarı geyinən şəxs sal üzərində çayda üzərək əlində şüarlar yazılmış lövhələr saxlayıb. Şüarlarda deyilir: “Greenpeace, ekologiyayla məşgul ol, siyasətlə yox!”.

Təqsirkarı saxlamaq Rusiya FHN-nin bir saatını alıb. “Ağ ayıya” qarşı inzibatı iş başladılıb. Araşdırmalardan sonra təqsirkarın evə buraxılacağı gözlənilir.

Xatırladaq ki, bu ilin yazında da Moskva-çayında ağ ayı paltarı geyinən şəxs salın üstündə üzürdü. O zaman lövhələrdə “Arktikanı xilas edək” şüarları yazılmışdı.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!