15 Fevral, 2011
ABŞ Dövlət departamenti iranlılara müraciət etmək üçün Twitter-dən istifadə edir

ABŞ Dövlət departamenti İran vətəndaşlarına müraciət etmək üçün Twitter.com-da fars dilində mikrobloq yaradıb. Mikrobloqda yerləşdirilmiş məlumatlarda İran rəhbərliyinin ünvanına ittihamlar səsləndirilir.

Belə ki, Misirdəki hökumət əleyhinə çıxışları dəstəkləyən, lakin öz vətəndaşlarının analoji çıxışlarını yatıran İran rəsmiləri riyakarlıqda günahlandırılırlar.

Xatırladaq ki, dünən İran paytaxtında və bəzi iri şəhərlərdə baş vermiş etiraz aksiyaları zamanı bir nəfər həlak olub, onlarla insan isə yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!