11 Oktyabr, 2013
İphone sahibləri “göy ölüm ekranı” ilə üz-üzə - VİDEO

ю

Bəzi İphone 5s istifadəçiləri mobil cihazlarından şikayət edir. Simsar.az The Verge-ə istinadən xəbər verir ki cihaz xəbərdarlıq etmədən sönür və yanır. Sönməmişdən əvvəl ekran bir neçə saniyəlik göy rəng alır. Bəzi internet resurslarda istifadəçilər forum yaradaraq bu mövzuyla bağlı danışıblar. İstifadəçilərin bir hissəsi qeyd edib ki, mobil cihaz alınandan bir gün sonra problem yaranır. Çoxsaylı istifadəçilər problemlə bağlı “günahkarı” tapıblar. Cihazın sönməsinə səbəb olan iWork adlı proqram istifadəçi proqramdan çıxan zaman ekranın sönməsinə səbəb olur. Bəzi istifadəçilər iWork proqram kontentinin sinxronlaşmasını dayandırıblar. Onlar bildiriblər ki bunu etdikdən sonra cihaz normal işləməyə davam edir. 

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!