10 Oktyabr, 2013
Amerikanın “ölü” sakini “dirilmədi”

“Həkim: “Sizin sağ olmanız aydın məsələdir, lakin hüquq baxımından siz ölüsünüz”.

Hüquqi cəhətdən “ölü” sayılan Ohayo ştatının sakini yenə də “dirilməyib”. Simsar.az United Press İnternational agentliyinə istinadən xəbər verir ki Donald Yudjin Miller adlı şəxs hüquqi cəhətdən 1994-ci ildən bəri “ölüdür”. Buna səbəb onun 1994-cü ildə itməsi və 8 il ərzində tapılmaması olub. Hakim məhkəmə zamanı deyib: “Sizin sağ olmanız aydın məsələdir, lakin hüquq baxımından siz ölüsünüz”. Hakim onuda qeyd edib ki ölüm haqda qərarı yalnız qərar veriləndən 3 il müddətində ləvğ etmək olar. 

Donald Millerin dediyinə görə o çox içdiyindən və işini itirdiyindən 27 il əvvəl evdən qaçıb. Şəxs Oh-ayoya 2005-ci ildə qayıdıb və valideynlərindən “sən ölüsən” xəbərini eşidib.
Onun keçmiş həyat yoldaşı Robin Miller sosial müavinət almaq üçün 8 il ərzində aliment ödəməyən ərini “öldürüb”.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!